Poetry.AZ Poetry.AZ
Poetry.AZ Poetry.AZ
   

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

   
ZAZ.az ZAZ.az
 
 
 
Статистика (Google Analytics)
 
Search
 
Philosophy of Human Body, Azerbaiajani, 02/08/2016, 00:17

Bədənin olmağında
Xusisi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.
Ağız açar dil tökər,
Qiymət verməz əməyə,
Oynaq kimi əyilər
Əsən hər bir küləyə.
Xəncərindən zər düşər,
İş görməyə ərinər.
Min sifətə asan düşər,
Rahat min don geyinər.
Mövqeyini dəyişər,
Hec zaman verməz qərar,
Yaxar qara, yaxar şər
Onurğasız insanlar.
Bədənin olmağında
Xusisi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.

Eltchin , Filed under: Azərbaycanca , 9 комментариев


Təvəzökar şair, 01/11/2015, 09:38

Yaxşı olsun deyə,
Belə etdin niyə?
Sığmaz yerə, göyə
Ürəyimin dərdi.
Bax gör indi özün,
Mənim canım, gözüm,
Zülmə necə dözüm,
Günahım nə idi?
Dediklərin yalan,
Yaxşı oldu yaman,
Eləmirəm güman,
İnam eləmirəm.
İndi qaldın razı?
Çoxdan seçdin azı,
Əyri yerin sazı,
Düzün heç demirəm.
Kimin gələr xoşu?
Hər şeyə qulp qoşub,
Bərkdən seçdin boşu,
Söylə, bu nə idi?
Seçiminə dair,
Olsa da o mahir,
Təvazökar şair
Fikir söyləmədi.

Eltchin , Filed under: Azərbaycanca , 12 комментариев


İncə belli Gözəl, 31/10/2015, 16:58
Adı dillər gəzər,
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.
Dura bilsə əgər,
Gəzib vurar ləngər,
İçib filan qədər,
İçib feyziyab olub.
Bilsəm bu barədə,
Demərəm nəbadə,
İçib neçə badə,
İçib feyziyab olub.
Keyfi kök, tini düz,
Olduqca gülərüz,
Dayanma, birdə süz,
İçib feyziyab olub.
Çaşıb dil dolaşır,
Keyf başından aşır,
Gözləri qamaşır,
İçib feyziyab olub.
Olub birmənalı
Sərxoş, baş dumanlı,
İçib olub hallı,
İçib feyziyab olub.
Eləyir etiraf,
Vurub başa şərab,
Halı olub xarab
İçib feyziyab olub.
Adı dillər gəzər,
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.
Eltchin , Filed under: Azərbaycanca , 13 комментариев


Gözəl insan, 29/10/2015, 01:33

Gözəl bir insan,
Danışmaz, dinməz,
Şairdən küsən,
Hec tərif sevməz.
Xalqın düz sözü,
Gözü tərəzi.
Çəkmə sən özün
Sınağa bizi.
Ən vacib meyar
Şairdə — vicdan.
Gözəl əməldən
Alar o ilham.
Göz görə-görə
Keç günahından.
Sözünə görə
Etmə ittiham.
Sən birmənalı
Zadəgan, kübar,
Əsl ziyalı,
Həmdə peşəkar.
Şair ömrünün
Mənası saleh.
Qaytar əmrini,
Etmə sən tənbeh.
Gözəl bir insan,
Danışmaz, dinməz.
Ədalət sevən
Şairdən küsməz.

Eltchin , Filed under: Azərbaycanca , Comments (1)


 
 
   

© 2008. Eltchin Agakishiyev. Baku, Azerbaijan.
Copyright, All rights reserved.