Poetry.AZ Poetry.AZ
Poetry.AZ Poetry.AZ
   

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

   
ZAZ.az ZAZ.az
 
 
 
Статистика (Google Analytics)
 
Search
 
Gözəl insan, 29/10/2015, 01:33

Gözəl bir insan,
Danışmaz, dinməz,
Şairdən küsən,
Hec tərif sevməz.
Xalqın düz sözü,
Gözü tərəzi.
Çəkmə sən özün
Sınağa bizi.
Ən vacib meyar
Şairdə — vicdan.
Gözəl əməldən
Alar o ilham.
Göz görə-görə
Keç günahından.
Sözünə görə
Etmə ittiham.
Sən birmənalı
Zadəgan, kübar,
Əsl ziyalı,
Həmdə peşəkar.
Şair ömrünün
Mənası saleh.
Qaytar əmrini,
Etmə sən tənbeh.
Gözəl bir insan,
Danışmaz, dinməz.
Ədalət sevən
Şairdən küsməz.

Eltchin , Filed under: Azərbaycanca , 2 комментария


2 комментария »

  1. Elcin muellim desem ki serleriniz dogma dilimizde hec pis de alinmir. Ozunuze mexsus qeleminiz var.Davam edin hu dilde yazmagi. Ugurlar!!!!!

    Комментарий by Irada SABAH — 27 октября, 2018 @ 12:29 пп

  2. Ugurlar

    Комментарий by Zamiq — 22 января, 2023 @ 1:06 дп

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

 
 
   

© 2008-2020. Eltchin Agakishiyev. Baku, Azerbaijan.
Copyright, All rights reserved.