Gözlərini süzər,
İçib feyziyab olub.
Dura bilsə əgər,
Gəzib vurar ləngər,
İçib filan qədər,
İçib feyziyab olub.
Bilsəm bu barədə,
Demərəm nəbadə,
İçib neçə badə,
İçib feyziyab olub.
Keyfi kök, tini düz,
Olduqca gülərüz,
Dayanma, birdə süz,
İçib feyziyab olub.
Çaşıb dil dolaşır,
Keyf başından aşır,
Gözləri qamaşır,
İçib feyziyab olub.
Olub birmənalı
Sərxoş, baş dumanlı,
İçib olub hallı,
İçib feyziyab olub.
Eləyir etiraf,
Vurub başa şərab,
Halı olub xarab
İçib feyziyab olub.
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.


Şeirdə biliyin ondan düzgün istifadə edilməsi üçün əsas olan müdriklik səciyyəsi və ona çatmaq üçün lazım olan dəyərlər gözəl təsvir…
«Потрясающий стих, дорогой! Настолько мудро и образно, что мурашки по коже. Концовка с лампадой — просто разрыв, в самое сердце.…
Красиво! Амин!
Очень понравилось, большой LIKE
İman, səbir və hikmət… Hər üçü bir yerdə olanda insan güclü olur.