Gözlərini süzər,
İçib feyziyab olub.
Dura bilsə əgər,
Gəzib vurar ləngər,
İçib filan qədər,
İçib feyziyab olub.
Bilsəm bu barədə,
Demərəm nəbadə,
İçib neçə badə,
İçib feyziyab olub.
Keyfi kök, tini düz,
Olduqca gülərüz,
Dayanma, birdə süz,
İçib feyziyab olub.
Çaşıb dil dolaşır,
Keyf başından aşır,
Gözləri qamaşır,
İçib feyziyab olub.
Olub birmənalı
Sərxoş, baş dumanlı,
İçib olub hallı,
İçib feyziyab olub.
Eləyir etiraf,
Vurub başa şərab,
Halı olub xarab
İçib feyziyab olub.
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.


это как будто навеяно трагедией "Курск"а. Надеюсь, ты сейчас не на круизном лайнере
Как всегда, интересно, глубоко, красиво, трогательно… Твои стихи всегда заставляют читателя задуматься. «Нейтральным быть к развитию событий» - самая важная…
Понимание твоих стихов требуют глубокой душевной организации
Ваши стихи, Эльчин м. словно энциклопедия человеческой души — с каждой строкой перед читателем открывается новый мир. Чтобы писать такие…
Elçin m ❤️ bu misraları sadəcə şeir adlandırmaq azdır… Burada insan ömrünün fəlsəfəsi, kainatın sirri və bir ömrün qazandığı müdriklik…